NATO-nun Baş katibi "Taliban"ın Əfqanıstana nəzarətinin səbəbini açıqlayıb

NATO-nun Baş katibi "Taliban"ın Əfqanıstana nəzarətinin səbəbini açıqlayıb
DÜNYA
09:44 11.09.2021
1424
"Əfqanıstanda hakimiyyətin süqutu nəticəsində ölkə "Taliban”ın əlinə keçdi”.

AZXEBER.COM xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq "New York Times”a müsahibəsində bildirib.

"Hakimiyyətin çökməsini ABŞ və NATO-nun Əfqanıstandan çıxmasının sürətləndirməsi araşdırmaçıların işidir. Mənim üçün başlıca hədəf Əfqanıstandan insanların təxliyəsi və terrorçuluğa qarşı mübarizədir”, - Baş katib əlavə edib.

O bildirib ki, ABŞ qoşunlarını Əfqanıstandan çıxarmazdan əvvəl NATO-dakı müttəfiqləri ilə məsləhətləşib: "ABŞ-sız Alyans Əfqanıstanda əməkdaşlığı davam etdirə bilməzdi. Belə bir variant real deyildi. Bu halda avropalılar Əfqanıstandakı qoşunlarının maliyyələşməsində çətinlik çəkərdi”.
OXŞAR XƏBƏRLƏR