NATO-nun indiyə qədərki ən böyük təlimi başladı

NATO-nun indiyə qədərki ən böyük təlimi başladı
DÜNYA
16:08 12.06.2023
194
Almaniyada NATO-nun ən böyük hava hücumundan müdafiəsi "Air Defender 2023” təlimi başlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NATO tarixindəki ən böyük hava təlimi olan "Air Defender 2023” Almaniyanın ev sahibliyi ilə bu gün başlayıb. Almaniya Hərbi Hava Qüvvələrindən verilən açıqlamada ilk təyyarələrin yerli vaxtla saat 10:00-da Almaniyanın Şlezviq-Flensburq bölgəsindən havaya qalxdığı bildirilib.

Hazırlıq mərhələsi 5 il davam edən və iyunun 23-də başa çatması planlaşdırılan təlimdə 70-i Almaniyadan olmaqla 25 ölkədən ümumilikdə 250 təyyarə iştirak edir. Təlimin ilk günündə 146 təyyarənin havaya qalxması planlaşdırıldığı halda, Almaniyanın 3 fərqli bölgəsində hər gün 40-80 döyüş təyyarəsi uçuş edəcək. Təlim zamanı 10 min əsgər Almaniya Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında təlim keçəcək. Təlimin logistik mərkəzi Vunstorf şəhəri olacaq.
 
Təlim əsasən Almaniyanın şimalındakı 3 hava məkanında həyata keçiriləcək. Rendsburg-Eckernförde bölgəsindəki Hohn və Şlezviq-Flensburq bölgəsindəki Jagel hava limanları da təlimdə mühüm rol oynayacaq. Əksər döyüş təyyarələri Almaniyanın şimalı üzərində birgə manevrlər etmək üçün bu məntəqələrdən havaya qalxacaq.

Türkiyə Silahlı Qüvvələrinin 151-ci Donanma Komandanlığına (TSK) aid 3 ədəd F-16 döyüş təyyarəsi "Hava Müdafiəçisi 2023” təlimində iştirak edir. Bundan əlavə, Hərbi Hava Qüvvələri Komandanlığının müxtəlif bölmələrindən 56 nəfər şəxsi heyət təlimdə iştirak edir.

Şlezviq-Holşteyn ştatının əksər hissəsində təlim üçün təlim hava məkanı yaradılıb. Ölkənin şərqində isə alçaqdan uçuş manevrləri həyata keçiriləcək.
 
Şlezviq-Holşteyndəki Sylt və Kiel hava limanlarının təlim dəhlizinin tam ortasında olduqları üçün qadağalardan təsirlənəcəyi və Hamburq hava məkanında mülki uçuş proqramlarında gecikmələrin ola biləcəyi qeyd edilib.
 
NATO-nun Almaniyadakı təliminin əleyhdarları müxtəlif tənqidlər səsləndiriblər. Sol Partiya Parlament Qrupunun sədr müavini Əli Əl-Dailami bunun güc nümayişi olduğunu və yalan siqnallar verdiyini deyib. Şənbə günü Aşağı Saksoniyadakı Wunstorf Hərbi Hava Limanı qarşısında toplaşan 300-ə yaxın insan "Müharibə əvəzinə sülh tətbiq edin" kimi şüarlar səsləndirərək Ukrayna ilə Rusiya arasındakı müharibənin diplomatik yolla həllini tələb ediblər.  Təlimlərin komandiri İnqo Gerhartz dövlət televiziyasına bildirib ki, təlimin məqsədi özlərini müdafiə edə biləcəklərini göstərməkdir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR