NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar

NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
DÜNYA
02:42 06.06.2025
811
NATO-nun müdafiə nazirləri Brüsseldə keçirilmiş görüşdə Baltik dənizinin təhlükəsizliyi ilə bağlı bəyannamə imzalayıblar.

"Report"un məlumatına görə, bu barədə cümə axşamı Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Baltik dənizinin təhlükəsizliyinə dair birgə bəyannamə imzalanıb. Bu, tərəflərin Baltik dənizinin təhlükəsizliyinin gücləndirilməsinə sadiqliyini təsdiqləyir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, sənədə əsasən, bu, NATO ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq, əlaqələndirilmiş məlumat mübadiləsi və regionda düşmənik fəaliyyətinin qarşısının alınması yolu ilə təmin ediləcək.

"NATO-nun Haaqa sammiti yaxınlaşdıqca, Alyansın Baltik dənizinin təhlükəsizliyi sahəsində hərəkətləri hazırlanacaq və kritik sualtı infrastrukturun mühafizəsi tədbirləri müzakirə olunacaq", – departament əlavə edib.
OXŞAR XƏBƏRLƏR