NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti başladı

NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammiti başladı
DÜNYA
13:44 24.03.2022
219
Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, sammit Alyansın mənzil-qərargahında keçirilir.

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.

Liderlər iclasdan əvvəl ailə fotosu çəkdiriblər.

Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub.
OXŞAR XƏBƏRLƏR