NATO-nun xüsusi nümayəndəsi Azərbaycana təşəkkür etdi

NATO-nun xüsusi nümayəndəsi Azərbaycana təşəkkür etdi
SİYASƏT
22:34 18.10.2021
385
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZXEBER.COM-a verilən məlumata görə, Ceyhun Bayramov ölkəmizin NATO ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini bölüşdüyünü ifadə edərək, bir sıra istiqamətlərdə həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, beynəlxalq təhlükəsizliyin təmin olunmasında bölüşülən dəyərləri və bu xüsusda, Azərbaycan sülhməramlılarının NATO əməliyyatlarında iştirakını səsləndirib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı NATO-nun zirvə görüşləri nəticəsində qəbul edilmiş birgə bəyanatlarında tərəfdaş ölkələrin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstək mövqeyinin tərəfimizdən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Ceyhun Bayramov NATO-nun xüsusi nümayəndəsinə bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan tərəfindən onilliklər ərazində həyata keçirilmiş, tarixi-mədəni və dini irsimizin məqsədyönlü dağıdılması siyasəti, qeyri-qanuni fəaliyyət və nəticələri, hazırda Azərbaycan hökuməti tərəfindən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə ərazilərin minalardan təmizlənməsi, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən görülən işlər barədə ətraflı məlumat təqdim edib. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu NATO rəsmisinin diqqətinə çatdırılıb.

Xüsusi nümayəndə Xavyer Kolomina Piriz bölgəyə reallaşdırdığı səfəri çərçivəsində Azərbaycan tərəfi ilə müzakirələrin bölgədəki cari vəziyyətlə bağlı ətraflı məlumatın əldə edilməsi baxımından çox faydalı olduğunu bildirib. Azərbaycan sülhməramlılarının Türkiyə qüvvələri ilə birgə Əfqanıstanda fəaliyyəti, xüsusilə də Kabil hava limanından vətəndaşların təxliyəsi ilə bağlı fəaliyyəti yüksək qiymətləndirilib və bununla bağlı xüsusi nümayəndə Müttəfiq ölkələrin adından təşəkkürünü ifadə edib. O, NATO-nun Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edib.

Görüşdə tərəflər, həmçinin NATO-Azərbaycan tərəfdaşlıq gündəliyi, habelə gələcək perspektivlər üzrə fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
14:23 09.10.2026
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
14:04 09.10.2026
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
14:00 09.10.2026
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
13:49 09.10.2026
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
13:46 09.10.2026
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
13:43 09.10.2026
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
Yol polisi velosipedçilərə müraciət etdi
13:43 09.10.2026
Yol polisi velosipedçilərə müraciət etdi