NATO-nun yüksək rütbəli rəsmisi Bakıya gələcək

DÜNYA
04:18 17.10.2021
229
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində məlumat paylaşıb.

"Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, - ispaniyalı diplomat yazıb.

OXŞAR XƏBƏRLƏR