"NATO müttəfiqləri Ukraynanı Alyansa daha da yaxınlaşdıracaq üç elementdən ibarət paketi təsdiqləyib".
AZXEBER.COM xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirlən NATO Sammitnin ilk günündən sonra mətbuat konfransında deyib.
"Birinci element Ukrayna üçün çoxillik yardım proqramıdır ki, bu, Ukrayna silahlı qüvvələrinin Sovet dövründən NATO standartlarına uyğunlaşmasını sürətləndirəcək, Ukraynanın təhlükəsizlik və müdafiə sektorunu inkişafına dəstək verəcək və həmçinin, Ukraynanın ehtiyaclarına cavab verəcək, məsələn minatəmizləmə üçün təhcizat, tibbi dəstək verilməsini təmin edəcək.
İkinci element yeni Ukrayna-NATO Şurasının yaradılmasıdır.
Üçüncü element isə ondan ibarətdir ki, biz bir daha bəyan etdik ki, Ukrayna NATO-nun üzvü olacaq. Və razılığa gəldik ki, Üzvlüyə dair Fəaliyyət Planını aradan qaldıraq. Bu Ukraynanın üzvlük yolunu ikimərhələli prosesdən birmərhələli prosesə dəyişəcək. Biz həmçinin razılığa gəldik ki, müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukraynaya alyansa qoşulmaq üçün dəvət göndərmək iqtidarında olacağıq".