NATO rəsmisi Qarabağdakı gərginliklə bağlı çağırış etdi

NATO rəsmisi Qarabağdakı gərginliklə bağlı çağırış etdi
SİYASƏT
14:55 04.08.2022
264
NATO hərbi əməliyyatları dərhal dayandırmaqla bağlı Azərbaycan və Ermənistana çağırış edib. 

Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina tviter hesabında yazıb.

"Biz insan tələfatından dərin təəssüf hissi keçiririk və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir”, - deyə X.Kolomina qeyd edib.
OXŞAR XƏBƏRLƏR