NATO: “Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib"

NATO: “Rusiya  Ukraynadakı müharibəyə quru qoşunlarının 90 fazini cəlb edib"
DÜNYA
18:28 03.07.2023
208
"Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının demək olar ki, 90%-ni cəlb edib”.

Bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

Onun sözlərinə görə, Kreml səfərbərliklə itkiləri bərpa etməyə çalışır:

"Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də aviasiya, donanma resurslarına, nüvə silahına malikdir”.

R.Bauer qeyd edib ki, Rusiya NATO ilə birbaşa həmsərhəd olan ərazilərdə diqqətli hərəkət edir:

"Onlar bizimlə toqquşmaq istəmirlər”.

Admiral söyləyib ki, son 24 saat ərzində Rusiyanın 34 hərbi texnikası sıradan çıxarılıb”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR