NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb

NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
19:28 23.09.2025
148
NATO "Rusiyanın 19 sentyabr tarixində Estoniyanın hava məkanını təhlükəli şəkildə pozmasını qətiyyətlə pisləyən” bəyanat qəbul edib.

Bu gün Şimali Atlantika Şurasının Estoniyanın tələbi ilə keçirdiyi toplantının yekunu olaraq yayılan bəyanatda deyilir ki, "Estoniyanın hava sərhədinin qırıcılar tərəfindən pozulması, digər müttəfiqlərin hava sərhədinə müdaxilələr Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışlarının genişlənən nümunəsinin bir hissəsidir”.

Bildirilib ki, bu hərəkətlərə görə Rusiya tam məsuliyyət daşıyır: "Bu addımlar eskalasiyaya səbəb olur, yanlış hesablamalar riskini artırır və insan həyatını təhlükəyə atır. Bu hərəkətlərə dərhal son qoyulmalıdır”.


Bəyanatda daha sonra bildirilir ki, NATO və müttəfiqlər beynəlxalq hüquqa uyğun olaraq, özünü müdafiə etmək və hər cür təhlükənin qarşısını almaq üçün zəruri olan hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək.

"Biz cavablarımızı vaxtını, formasını və məkanını özümüz seçərək həyata keçirəcəyik. 5-ci maddəyə olan öhdəliyimiz sarsılmazdır”.

Bəyanatda o da qeyd olunub ki, Alyans üzvləri Rusiyanın bu qəbildən olan bütün cəhdlərinə baxmayaraq, Ukraynaya verdikləri dəstəyi davam etdirəcəklər: "Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə verir və bu ölkənin Rusiyanın qəddar və təcavüzkar müharibəsinə qarşı özünü müdafiə etmək hüququ var”.
 
apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
20:45 23.09.2025
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
20:41 23.09.2025
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
BMT tribunasından Qəzza MESAJI
20:37 23.09.2025
BMT tribunasından Qəzza MESAJI
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
20:28 23.09.2025
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
Baku TV-yə yeni baş redaktor təyin olundu
20:14 23.09.2025
Baku TV-yə yeni baş redaktor təyin olundu
Azərbaycanın İsrailə görə "Avroviziya"dan imtinası xəbərlərinə MEDİA-dan açıqlama
20:10 23.09.2025
Azərbaycanın İsrailə görə "Avroviziya"dan imtinası xəbərlərinə MEDİA-dan açıqlama
Burkina Faso, Mali və Niger BCM-dən çıxır
19:57 23.09.2025
Burkina Faso, Mali və Niger BCM-dən çıxır
"Napoli" İtaliya millisinin üzvü ilə müqavilə müddətini uzadıb
19:50 23.09.2025
"Napoli" İtaliya millisinin üzvü ilə müqavilə müddətini uzadıb
Məşhur aparıcı “İdman TV”dən ayrıldı
19:39 23.09.2025
Məşhur aparıcı “İdman TV”dən ayrıldı
NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
19:28 23.09.2025
NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Yaşar Nurinin qızının görüntüləri tənqid olundu - FOTO
19:11 23.09.2025
Yaşar Nurinin qızının görüntüləri tənqid olundu - FOTO
Lənkəranın 30-a yaxın kəndinin qazı KƏSİLƏCƏK
19:06 23.09.2025
Lənkəranın 30-a yaxın kəndinin qazı KƏSİLƏCƏK