NATO sammiti zamanı Vilnüs sakinlərinə şəhəri tərk etmək tövsiyə olundu

NATO sammiti zamanı Vilnüs sakinlərinə şəhəri tərk etmək tövsiyə olundu
DÜNYA
19:46 29.12.2022
254
Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək NATO sammiti zamanı sakinlərə məzuniyyətə çıxmaq və şəhəri tərk etmək tövsiyə olunur.

Buna səbəb şəhər rəhbərliyinin Vilnüsün mərkəzində və mərkəzə bitişik küçələrdə nəqliyyatın hərəkətinin iflic olacağından narahatlığıdır.

Bundan başqa, Litva hakimiyyəti hava limanında qonaqların gələcəyi təyyarələr üçün kifayət qədər yerin olmayacağından narahatdır.

Xatırladaq ki, NATO-nun növbəti sammiti gələn il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR