NATO Ukraynada hərbi təlimlərin bərpasını müzakirə etmir

NATO Ukraynada hərbi təlimlərin bərpasını müzakirə etmir
DÜNYA
18:39 05.04.2024
150
Şimali Atlantika bloku Ukraynada hərbi təlimlərin bərpa olunmasını nəzərdən keçirmir.

Bunu adının açıqlanmasını istəməyən NATO rəsmisi deyib.

O, Ukrayna ərazisində hərbi təlimlərin bərpa olunacağına dair diskussiyalara birmənalı münasibət bildirib: "Hazırda NATO-nun gündəliyində belə bir məsələ yoxdur”.

NATO təmsilçisi alyansın Ukraynaya hərbi qüvvə göndərmək ehtimalını da dəyərləndirib:

"İcazənizlə əlavə edirəm ki, Ukraynaya hər hansı forma və şəkildə qoşun göndərməklə bağlı heç bir plan yoxdur”.
 
///Report
OXŞAR XƏBƏRLƏR