“NATO zəmanət verməlidir” - Lavrov

“NATO zəmanət verməlidir” - Lavrov
DÜNYA
23:35 14.12.2021
374
Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Annalena Baerbokla görüşündə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıb.

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lavrov Almaniyanın yeni xarici işlər naziri Baerbok ilə ilk telefon danışığını edib.

Lavrov NATO-nun şərqə doğru genişlənməyəcəyi və Alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə köçürülməyəcəyi ilə bağlı hüquqi öhdəliklər şəklində təhlükəsizlik zəmanətlərinin Moskvaya təqdim edilməli olduğunu deyib.

Rusiyalı nazir Rusiya-Almaniya münasibətlərinin vəziyyəti və gələcəyinə dair həmkarı ilə fikir mübadiləsi aparıb.

O, Almaniyanın yeni hökuməti ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoq qurmaq niyyətində olduqlarını bildirib.
OXŞAR XƏBƏRLƏR