Naxçıvan haqqında yeni kitab

Naxçıvan haqqında yeni kitab
MƏDƏNİYYƏT
12:28 02.07.2012
2985
Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin 214 səhifəlik “Böyük İpək yolu və Naxçıvan” kitabı çapdan çıxıb. AZXEBER.COM-un məlumatına görə, nəfis tərtibatı ilə seçilən kitab elmi yeniliyindən öncə həm də texniki yenilikləri ilə seçilir. Belə ki, kitaba əlavə olunmuş diskdə müəllifin özü tərəfindən səsləndirilən “Böyük İpək yolu və Naxçıvan” adlı film də yer alıb ki, bu da oxucuların bəhs olunan mövzu haqqında təsəvvürlərini daha da əyaniləşdirmək, eyni zamanda kitabda əks olunan elmi məlumatları daha rahat və qısa zamanda dinləmək üçün şərait yaradır. Kitabın əlavələr hissəsində yer alan müxtəlif tarixi xəritələr, fotoşəkillər də əyaniləşdirmənin ənənəvi metodlarının saxlanılması baxımından da diqqət çəkir. Kitabın elmi məsləhtçisi NDU-nun rektoru, akademik İ. Həbibbəyli, elmi redaktoru isə tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərlidir. Monoqrafiyada Böyük İpək yolunun xalqların, ölkələrin tarixi mədəni iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbaycanın qədim və orta əsrlər dövründə ticarət və diplomatik əlaqələrindən bəhs olunur. Qeyd edək ki, kitab müəllifi ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda İpək yolu tarixinin tədqiqi ilə bağlı keçirilən bir sıra beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Müəllifin mövzuya həsr olunmuş elmi əsərləri ingilis, rus, alman, fars, türk və koreya dillərində çap olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir