Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu

Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu
SOSİAL
18:35 04.02.2023
162

Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində ictimai asayişi pozan şəxs həbs olunub.

"Report”un Naxçıvan bürosu xəbər verir ki, Beynəlxalq Hava Limanı ərazisində ictimai asayişi pozan və polisin qanuni tələbinə tabe olmayan Babək şəhər Qoşadizə məhəlləsində yaşayan 1969-cu il təvəllüdlü Kərim Kərimov saxlanılıb.

Babək Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 20 gün müddətinə inzibati həbs tənbeh tədbiri görülüb.

OXŞAR XƏBƏRLƏR