Naxçıvan Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. AZXEBER.COM xəbər verir ki, aprelin 10-da keçiriləcək iclasın gündəliyinə beş məsələ daxil edilib. İclasda Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibində dəyişiklik edilməsi barədə məsələ müzakirə olunacaq.