Naxçıvan MTN-in şefi həbs olundu – Eldar Mahmudov ətrafında mühasirə daralır

Naxçıvan MTN-in şefi həbs olundu – Eldar Mahmudov ətrafında mühasirə daralır
SOSİAL
09:13 28.03.2016
3395

Həbsin “formal səbəbi” təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsidir, amma...

Naxçıvan Muxtar Respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov həbs olunub. İndiyədək onun həbs edildiyi, ev dustaqlığında saxlanıldığı barədə məlumatlar bir-birini əvəz edirdi. “Turan” agentliyinin Naxçıvandakı mənbələri sabiq nazirin həbs olunduğunu təsdiqləyib.
Həbsin “formal səbəbi” Naxçıvan MTN-in binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsidir. Əsl səbəb isə başqadır - Vəli Ələsgərov ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovla yaxın əlaqələrinin güdazına gedib. Onun həbsi sabiq nazir Eldar Mahmudovun ətrafında halqanın daralması kimi qiymətləndirilir. Bildirilir ki, V.Ələsgərov E.Mahmudovun kriminal çetesinə daxil olmaqla qanunsuz dinləmələr həyata keçirməsinə qeyri-rəsmi göstərişlər verib. Bu yolla əldə olunan məlumatlardan sonradan siyasi şantaj vasitəsi kimi istifadə olunması nəzərdə tutulub. Hələlik qanunsuz dinləmələr yolu ilə əldə edilmiş materiallar vasitəsi ilə Naxçıvanın hansı vəzifəli şəxslərinin şantaj olunması haqda dəqiq məlumatlar yoxdur. Amma istisna deyil ki, belə şantajla üz-üzə qalan muxtar respublika rəhbərliyinə daxil olan şəxslər olub.
Maraqlıdır ki, vəzifəsindən çıxarılana qədər V.Ələsgərov Naxçıvanda Vasif Talıbovun yaxın adamı kimi ad çıxarmışdı. Lakin postunu itirəndən sonra V.Talıbovla münasibətlərinin yalnız görüntü xatirinə olduğu da üzə çıxıb.
Əslində V.Ələsgərov bu görüntünü yaratmaqla Eldar Mahmudovla münasibətlərini pərdələməyə çalışıb və buna nail ola bilib. V.Ələsgərov bir neçə il əvvəl Naxçıvan çayının qırağında və Batabat adlanan kurort ərazidə E.Mahmudov üçün çox möhtəşəm 2 villa da inşa etdirmişdi. Həmin vaxt bu məsələ Naxçıvan Ali Məclisində qeyri-rəsmi müzakirələrə səbəb olub. V.Ələsgərov vəziyyətdən çıxmaq üçün belə villaların E.Mahmudova bütün rayonlarda MTN-in yerli şöbələrini rəisləri tərəfindən tikdirdiyini deyibmiş. Artıq V.Ələsgərovun E.Mahmudov üçün tikdirdiyi villa sökülüb. Batabat adlanan kurort ərazisində E.Mahmudov üçün tikilən başqa bir villa isə müsadirə olunub.
E.Mahmudov 2015-ci il oktyabrın 17-də vəzifəsini itirəndən sonra Vəli Ələsgərovun onunla şəxsi maraqlara əsaslanan gizli əlaqələri haqda da xeyli materiallar ortaya çıxdı. Aydın oldu ki, V.Ələsgərov da tezliklə kreslosunu itirəcək. Belə də oldu - dekabrın 18-də onu vəzifəsindən uzaqlaşdırdılar və ləğv olunmuş MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Fazil Ələkbərov təyinat aldı.
İndi məlum olur ki, V.Ələsgərov həmin vaxtdan ev dustaqlığında olub. Onun Naxçıvan Ali Məclisinin rəhbərliyinə daxil olan şəxslərin qanunsuz dinləmələr həyata keçirməsi haqda da xəbərlər var.
Vəli Ələsgərovun Naxçıvandakı obyektləri, “XI əsr” adlı restoranı və ona bitişik marketi, pivə evi sökülüb. V.Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb. Onların kommersiya obyektləri və əmlaklarının bir hissəsi əllərindən alınıb.
Yada salaq ki, ötən il oktyabrın 17-də MTN-də aparılan “təmizləmə”lər qurumun ləğv olunması, 20 MTN əməkdaşının həbsi ilə sonuclandı. Lakin E.Mahmudov gözlənilənlərin əksinə olaraq həbsə alınmadı. Onun 10 illik fəaliyyəti nəticəsində dövlətə, ayrı-ayrı nüfuz sahiblərinin maraqlarına vurduğu ziyanın ödənməsi müqabilində azadlıqda qala bilməsi haqda xəbərlər var.
Görünən budur ki, E.Mahmudovun yaxın ətrafına daxil olan şəxsləri həbs etməklə istintaq addım-addım eks-nazirin ətrafında halqanı daraldır. Hazırda MTN-də baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi istintaq olunur. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Yeni Müsavat
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi