Naxçıvan Muxtar Respublikasında “Elektron məhkəmə” sistemi istifadəyə verildi – FOTO-VİDEO

Naxçıvan Muxtar Respublikasında “Elektron məhkəmə” sistemi istifadəyə verildi – FOTO-VİDEO
SOSİAL
10:00 30.09.2019
2802
Cari ilin sentyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasında ölkə başçısı İlham Əliyev cənablarının "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tapşırıqlarının icrası məqsədilə geniş iclas keçirildi.

Tədbirin açılışı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Hüquqmühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov, Ali Məhkəmənin sədri Qasım Əliyev, Ədliyyə naziri Sulidin Əliyev və Ədliyyə Nazirliyi "Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov tərəfindən həyata keçirildi.


Naxçıvan Muxtar Respublikası məhkəmələrinin sədrləri və hakimləri, habelə icra qurumlarının rəislərinin iştirakı ilə keçirilən iclasda "Elektron məhkəmə” və "Elektron icra” informasiya sistemlərinin imkanları və funksionallıqları Ali Məhkəmə Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistikası təhlili şöbəsinin müdiri Cahan Bayramova və Ədliyyə Nazirliyi İcra və probasiya şöbəsinin rəisi Emin Kazımov tərəfindən nümayiş olunaraq bu sistemlərin ədalət mühakiməsinin və icra xidməti işinin səmərəliliyinin və şəffaflığının artırılmasına müsbət təsiri, vətəndaşlara və sahibkarlara elektron xidmətlərin göstərilməsi imkanları və istifadəçilərin elektron əlçatımlığının təmin edilməsindən bəhs olundu.
 


Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovun dəstəyi ilə məhkəmə infrastrukturu tamamilə yenilənərək beynəlxalq tələblərə cavab verən müasir məhkəmə binaları istifadəyə verilmişdir.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb