Naxçıvan prokurorluğunda təyinatlar

Naxçıvan prokurorluğunda təyinatlar
SOSİAL
13:06 14.08.2023
187
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kadr dəyişiklikləri olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, baş prokuror Kamran Əliyevin əmri ilə Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.
Ətraflı

Bundan başqa,  Azərbaycan Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Mübariz Bağırov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi təyin olunub.

Habelə, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Xalid Mirzəyev tutduğu vəzifədən azad olunaraq  Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsinə təyinat alıb.
OXŞAR XƏBƏRLƏR