Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib
SOSİAL
20:31 04.03.2022
291
Komandir heyətinin bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığı Naxçıvan Qarnizonu Qoşunlarında tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin aşılanmasına yönəldilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında və Xüsusi Riskli Xilasetmə Xidmətində keçirilən məşğələlərdə yanğınsöndürmə avtomobillərinin və yanğın-texniki avadanlıqlarının, xilasedici qayıqların və digər vasitələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, texniki xidmət və təmiri haqqında, xilasedici dalğıclar qrupunun dalğıc avadanlıqlarından istifadəsi qaydaları barədə məlumat verilib.

Qəzaların aradan qaldırılması, yanğınların aşkar edilməsi və söndürülməsi, şəxsi heyətin, silah və texnikanın, əmlakın mühafizəsi və təhlükəsiz təxliyəsi üzrə keçirilən məşğələlər zamanı beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi ilə axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı, qayda və üsulları praktiki olaraq göstərilib.

Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində Vətən Müharibəsi zamanı qazanılmış təcrübəyə əsasən taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi qeyd edilib.

Müasir tank texnikalarının gecə və gündüz şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən və maneələrdən keçməklə şərti düşmənin atəş zərbələrindən qorunması və atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.

Birləşmə, hissə və bölmələrin maddi-texniki vasitələrlə təmin edilməsi ilə yanaşı döyüş sahəsindən və təbii maneələrdən zədələnmiş texnikanın təxliyəsi, yenidən istifadəyə hazır vəziyyətə gətirilməsi və təmir emalatxanalarının fəaliyyəti sualları işlənilib.

Məşğələlərin yekununda zabitlərin məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı