Naxçıvan reallıqları haqqında 'demos-qrant'lara açıq məktub

Naxçıvan reallıqları haqqında
KÖŞƏ
01:32 19.05.2012
3802
Elnur KəlbizadəNaxçıvan Televiziyasının əməkdaşıAzərbaycan Jurnalistlər Birliyinin üzvüÖtən əsrin 50-60-cı illərində qardaş Türkiyə Cumhuriyyətində iqtidarda olan Demokrat Partiyasının hakimiyyəti dövründə maraqlı bir hadisə baş verir. Ölkənin liberallaşması, milli əsaslara söykənən demokratiya və şərq mənəviyyatının birləşdirilməsi yolunda ciddi addımlar atan Türkiyənin o zamankı baş naziri Adnan Menderes bir dəfə camaatla görüşərkən, bir gənc baş nazirin yaxasından yapışıb onu silkələməyə başlayır. Nazir gəncdən soruşur:- Nə istəyirsən oğlum? Gənc qışqırır:- Demokratiya, demokratiya!!!Menderes isə bir ətrafa, bir də oğlana baxaraq gülümsəyir:- Oğlum, sən bu ölkənin baş nazirinin yaxasından yapışmısan. Bundan artıq demokratiyamı?Əslində, xarici fondların qrantlarını, xarici və hətta düşmən ölkələrin pozuculuq fəaliyyəti ilə məşğul olan təşkilatlarının pullarını alaraq ölkə mediyasında, müxtəlif internet resurslarında “Azərbaycanda demokratiya yoxdur.” –deyənləri, bu ölkənin birinci şəxsindən tutmuş, ziyalı təbəqəsinə qədər hər bir şəxsi böhtanlayaları, şərləyənləri görəndə nədənsə, XX əsrin 50-ci illərinin Türkiyəsi yadıma düşür. Bu yaxınlarda isə qlobal şəbəkədə gördüyüm xəbər şəxsən məni bir Azərbaycan gənci kimi və hazırda yaşadığım, havasını udduğum, çörəyini yediyim və real inkişafına şahid olduğum bir regionun sakini kimi hiddətləndirdi. Söhbət bir çoxumuzun xəbərdar olduğu, əksəriyyətin isə mahiyyətindən bixəbər olduğu “Sərhədsiz Reportyorlar” adlı təşkilatın açıqladığı “hesabat”dan gedir. Maraqlı məqam o idi ki, hesabatın açıqlanması ərəfəsində “Soros dayının” və digər dayıların pulu hesabına Naxçıvanın “Janna Dark”ı simasını yaratmağa çalışan M.Nəsibovaya İsveçdə Mətbuat Azadlığı mükafatı verilib. Yəqin ki, iki hadisə arasında əlaqənin nə olduğu aydındır.Mükafatın verilməsinə əsas kimi M.Nəsibovanın bölgədə tək fəaliyyət göstərməsi qeyd olunur. İnsafən bu məlumatda həqiqət var. Amma baxır hansı baxış bucağından baxanda. M. Nəsibova həqiqət bölgədə təkdir. Bir az da dəqiqləşdirsək yanında həyat yoldaşı və bir nəfər özü səviyyəsində olan dostu var. 12 illik fəaliyyəti dövründə Məlahət xanım bu iki nəfərdən başqa kimsəni “nurlu” fikirləri ilə özünə və təşkilatına cəlb edə bilmirsə, deməli həqiqətən də bölgədə təkdir. Bərəkallah qadında olan fərasət və qabiliyyətə, eləcə də onu qəhrəman çevirən dayılara. Sərhədsiz reportyorların və xanımın iddialarından bir az sonra yazacağam. Sadəcə əvvəlcə bir mediya işçisi, bir vətəndaş olaraq Sərhədsiz Reportyorların internet səhifəsində - https://en.rsf.org-da Naxçıvanla bağlı yazıda ən mühüm qeyri-səmimi məqama baxaq. Məqalədə bölgə haqqında yazılmış muxtar respublika ifadəsinin dırnaq içərisində (An “autonomous republic”) verilməsi artıq bu təşkilatın Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış müqavilələri (Moskva və Qars), suveren dövlət olan Azərbaycan Respublikasının konstitusiyasını sual altında qoyması deməkdir. Ey qibləgahını Məkkədən Oslo və Washingtona doğru dəyişmiş hörmətli “azadlıqşünaslar” və “janna darklar”, qrantların xumarından başınız ayılanda zərrə qədər də olsa vətəndaşlıq borcunuzu yadınıza sala bilsəniz ağalarınıza bununla bağlı bir sual verin. Gələk, sərhədsizlərin 3-4 nəfərin şəxsi maraqlarından irəli gələn uydurma iddialarına.-Nə imiş? - Naxçıvanda demokratiya yox imiş. Burda söz azadlığı guya məhdudlaşdırılıbmış. Burda əhali iqtisadi baxımdan pis gündə imiş. Burda çayxanalar bağlanıbmış. Burda saat 11-dən sonra toylara icazə verilmirmiş. Qərbli ağalarınız dili ilə desək “all correct” yəni ok, cənab “demos-qrantlar” və xanım “demosqrantə”lər. Əgər Naxçıvanda söz azadlığı sizin iddia etdiyiniz kimi dəhşətin son həddində məhdudlaşdırılıbsa, siz nəinki ölkənin, xarici ölkələrin hətta, düşmən, təcavüzkar və terrorizmi dəstəkləyən bir ölkənin (Ermənistanın) mediyasında min cür təhqir, şər və böhtanları necə yazırsınız? Özünüz kimi, milli dəyərlərdən uzaq olan Xədicə İsmayılovaların proqramlarında cəh-cəh vurur, bir-birinizin böhtanlarına züy tutursunuz. Axı olmayan üzünüzə “üz bağlayıb” hansısa internet saytından kopyaladığınız şəkilləri Photoshopda düzəldib Nehrəmdə mitinq keçirildi iddiası edənlər də sizsiniz, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını deyənlər də. Hansı iddianız doğrudur? Bəlkə izah edəsiniz. İllərdən bəri birlikdə yaşadığınız qonşularınızın elektrik enerjisini oğurlayıb azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan da siz və sizin kimilərdir, şərait yoxdur deyəndə. Bunu da izah edin.Mən burda doğulmamışam, mən bura gələnə qədər bu torpaqlara nəinki ata-anamın, heç babamın da ayağı dəyməyib. Qohumlarım da yaşamır burda, amma doğmalarım yaşayır. Yəni, mənə doğma olan minlərlə insan yaşayır bu torpaq üzərində. Bu qədər inkişafın, bu qədər tərəqqinin, görülən işlərin üstündən xətt çəkmək üçün sadəcə və sadəcə vicdansız olmaq lazımdır. Mən də bura, indi canım qədər sevdiyim bu diyara gəlməmişdən qabaq sizinkimilərin böhtan xarakterli yazılarınızı oxumuşdum. Ağalarınıza məlumat ötürürsünüz ki, Naxçıvanda çayxana yoxdur. Gəlin, sizə təkcə Naxçıvan şəhərində 10-larla çayxana göstərim. Bir vaxt yazırdınız ki, Naxçıvan Televiziyasında kostyumsuz efirə çıxmaq qadağandır. Televiziyanın arxivinə baxsanız müasir formada və tərzdə nə qədər çəkilişlərin aparıldığının, diktor və iştirakçıların geyim və hərəkət tərzlərində nə qədər sərbəst olduğunun şahidi olarsınız. Amma təəssüf ki, bu yenilikləri sizin gözləriniz görmür və bu gedişlə görə də bilməz. Çünki, yenilik, inkişaf və tərəqqini görmək üçün ağalarınızdan lisenziya (komanda da oxuya bilərsiniz) almayıbsınız. Nə qədər acı olsa da reallıq ondan ibarətdir ki, sizlər uzaqdan komanda ilə idarə olunan robotlarsınız. Olun, necə deyərlər bu sizin seçiminizdir. Amma unutmayın ki, robotlar üçün nəzərdə tutulan tapşırıqlar bitdikdən sonra, özünüməhvetmə komandası işə salınır. İndi isə yazırsınız ki, burada iş yerləri yoxdur. Bağışlayın cənablar. Mən ömrümü sizin üçün boş iş yerlərini saymaqla keçirmək istəmirəm.Vicdanınız azdırsa, heç olmasa ona qənaət edin, tamamilə yoxdursa bəxtinizdən küsün!Amerikan və norveçli ağalarınıza isə deyin ki, mənim ölkəmdə demokratiyanı müzakirə etməkdən, problem həll etməkdənsə, Fransada tələbələri döyən polisləri, elə öz doğma vətənləri Norveçdə müsəlmanlara divan tutan ultra-xristianları dayandırsınlar. Ya da elə burda qulağımızın dibində -Dağlıq Qarabağda insan hüquqlarını pozan, soyqırımlar törədən (Təbii ki, keçirdiyiniz heç bir tədbirdə bu haqda danışmırsınız.) qriqoryanlarla maraqlansınlar!
OXŞAR XƏBƏRLƏR