Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub

Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub
SOSİAL
15:30 22.03.2026
156
Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birləşmiş komandanlığının fəaliyyəti çərçivəsində təlim tapşırıqlarını yerinə yetirən Qətər SQ-yə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb", - bəyanatda deyilir.

Qəza nəticəsində göyərtədə olan yeddi nəfər, o cümlədən hər iki ölkənin hərbi qulluqçuları və Türkiyənin "Aselsan" şirkətinin əməkdaşları həlak olub.

Qurumdan vurğulanıb ki, Türkiyə və Qətər arasında hərbi əməkdaşlıq qüvvədə olan razılaşmalar çərçivəsində davam edir.

Qeyd olunur ki, qəzanın dəqiq səbəbləri Qətər tərəfindən aparılan istintaqın yekunlarına əsasən müəyyən ediləcək.
OXŞAR XƏBƏRLƏR