Naxçıvanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Naxçıvanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI
İQTİSADİYYAT
10:57 12.08.2025
206
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 984,8 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

AZXEBER.COM bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

İndiyə qədər vətəndaşlara geri qaytarılan ƏDV-nin ümumi məbləği isə 3,3 milyon manata yaxınlaşıb.
OXŞAR XƏBƏRLƏR