Bu gün Ordubad rayonunun Əylis kəndində etiraz aksiyası keçirilib.
AZXEBER.COM Səs İnformasiya Agentliyinə İstinadən xəbər verir ki, aksiyada yazıçı Əkrəm Əylisilinin “Daş yuxular” əsərinə etiraz bildirilib. Əylisin mərkəzindəki meydanda toplaşanlar Əkrəm Əylislinin öz həmkəndlilərinə və azərbaycan xalqına xəyanət etdiyinibildiriblər. Kəndin qadınları da aksiyada fəal iştirak edib.
Aksiyada “Erməni Əkrəmə ar olsun!”, “Əkrəmə ölüm!”, “Əylisin adını batıran xəyanətkara ar olsun !” kimi şüarlar səslənib.Kənd əhalisi Əkrəm Əylisliyə dövlət tərəfindən verilən “İstiqlal” və digər ordenlərin də geri alınması ilə bağlı çıxışlar ediblər: “Əkrəmin bütün mükafatları və dövlət tərəfindən ona tikilən ev alınaraq, hərbiçilərə verilsin. Bu, daha ədalətli olar. Çünki Əkrəm xəyanət edib .
Sonda isə qəzəbli əylislilər kənd meydanında Əkrəm Əylislinin kitablarını yandırıblar.