Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTO - VİDEO

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTO - VİDEO
SOSİAL
20:49 05.09.2020
846

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

Əməliyyat taktiki təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan  Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası, "Naxçıvan" Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarətdir.

Planla tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhəddində təxribat törədən kəşfiyyat-diversiya qruplarının "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərəsizləşdirilməsi ilə başlayıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək şərti düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində şərti düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.

Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib. Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlayıb, onları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etmiş, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.

Ali Məclisin Sədri deyib: Güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən milli ordumuz olmalıdır”.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay bildirib ki, birgə təlim Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrilib: "Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olundu. Müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil. Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə göz dağıdır”.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq edib. 

Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonra xatirə şəkli çəkdirilib.






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?