Naxçıvanda dəhşətli qəza: yaralananlar var

Naxçıvanda dəhşətli qəza: yaralananlar var
HADİSƏ
10:46 15.03.2026
211
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi bir ailənin 4 üzvünün xəsarət almasına səbəb olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində baş verib.

72-BF-530 dövlət nömrə nişanlı "Renault Megan" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb.

Qəza zamanı sürücü Ramin Əliyev, həmçinin avtomobildə olan sərnişinlər Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR