Naxçıvanda dəm qazından zəhərlənən 23 qadın evə buraxıldı

Naxçıvanda dəm qazından zəhərlənən 23 qadın evə buraxıldı
SOSİAL
20:10 12.12.2025
128
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Onlardan səkkizində dəm qazına xas olan əlamətlər müşahidə edilib.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkimi-infektsionisti Tahirə Məmmədova deyib.

O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda xəstə yoxdur.
OXŞAR XƏBƏRLƏR