Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub
SOSİAL
17:04 22.03.2025
281

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.

AZXEBER.COM xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR