Naxçıvanda general vəzifəsindən azad edildi - Yeni təyinat

Naxçıvanda general vəzifəsindən azad edildi - Yeni təyinat
SİYASƏT
13:07 27.12.2022
298
Dövlət Sərhəd Xidmətində (DSX) daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.

Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR