Naxçıvanda gözlənilən ''Xalq konserti'' baş tutdu - FOTOLAR

MAQAZİN
18:05 13.10.2012
2492
Oktyabrın 12-də Naxçıvanda möhtəşəm konsert proqramı baş tutub.
AZXEBER.COM-un məlumatına görə, güclü yağışın yağmasına baxmayaraq tamaşaçılar konsertin başlama vaxtını səbirsizliklə gözləyiblər. Böyük maraq və sevgi ilə qarşılanan şou-biznes sənətçiləri xüsusi mühafizə xidməti ilə konsert verdikləri məkana gəlibər. ProqramdaRəhim Rəhimli, Briliant Dadaşova, Könül Kərimova, Cabbar Musayev, Günel Məhərrəmova və Elnur Memmedov kimi müğənnilər çıxışıb ediblər. Nanənin aparıcı olduğu konsertdə, Dj Çinanın da çıxışı çox maraqla izlənib.
Qeyd edək ki, "Xalq konserti" adlı altında baş tutan konsert, Naxçıvan televiziyası ilə canlı yayımlanıb.
Ozal İbrahimli
Foto: Məmməd Məhərrəmov

OXŞAR XƏBƏRLƏR