Katarakt

Naxçıvanda iki yataqda geoloji kəşfiyyat işlərinə start verildi - RƏSMİ

SOSİAL
19:56 21.06.2021
278
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən "Göydağ” filiz sahəsində aktiv geoloji kəşfiyyat işlərinə başlanılıb.

"AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Oxu.Az-a verilən məlumata əsasən, iyun ayından etibarən sözügedən sahənin "Ortakənd-Xanağa” qızıl, "Ortakənd” mis-porfir yataqlarında buruqqazma işlərinə start verilib.

Təsdiq olunmuş plana əsasən, ilkin mərhələdə "Ortakən-Xanağa” qızıl sahəsində ümumi dərinliyi 5000 metr olan 31 quyunun, "Ortakənd” mis-porfir sahəsində isə ümumi dərinliyi 3000 metr olan 13 quyunun qazılması nəzərdə tutulub. Paralel olaraq götürülmüş nümunələrin (kernlərin) laboratoriyada analizi həyata keçiriləcək.

Qeyd edək ki, Culfa rayonunun şimal-şərqində yerləşən "Ortakənd-Xanağa” sahəsi daxilində "Ortakənd” mis-porfir, "Başkənd-Xanağa” səpinti qızıl yataqları, "Başkənd” mis, "Ortakənd-Xanağa” köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri qeydə alınıb.

Xatırladaq ki, "AzerGold” QSC tərəfindən 2017-ci ildə "Ortakənd-Xanağa” sahəsində geofiziki işlər aparılıb. Nəticələr yerli və  xarici mütəxəssislərin birgə iştirakı ilə təhlil edilib. 2018-ci ildə 5800 metr həcmində 30 kəşfiyyat quyusu qazılıb.

OXŞAR XƏBƏRLƏR