Naxçıvanda “İnsan resurslarının idarə edilməsi” təliminə start verildi - FOTOLAR

Naxçıvanda “İnsan resurslarının idarə edilməsi” təliminə start verildi - FOTOLAR
SOSİAL
16:09 27.05.2025
350
27 may 2025-ci il tarixində Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə "İnsan Resurslarının İdarə Edilməsi” mövzusunda uzunmüddətli təlim proqramına start verildi.

AZXEBER.COM xəbər verir ki, altı həftə davam edəcək bu proqram çərçivəsində iştirakçılara insan resurslarının strateji planlaşdırılması, işə qəbul və yerləşdirmə, performansın qiymətləndirilməsi, motivasiya metodları, peşəkar inkişaf və əmək münasibətlərinin səmərəli idarə olunması istiqamətində əhatəli və praktik biliklər təqdim olunacaq.

Təlimdə birinci mərhələdə Naxçıvan Muxtar Respublikasının 13 müxtəlif dövlət qurumunu təmsil edən 18 əməkdaş iştirak edir. Təlimin ilk günündə iştirakçıların mövzuya dair ilkin biliklərini ölçmək məqsədilə sınaq imtahanı keçirilib. Bu metodika, təlim prosesində fərdi və ümumi inkişafın daha effektiv şəkildə qiymətləndirilməsinə imkan yaradacaq.

Qrup işləri, real həyat nümunələri (case study) və interaktiv sessiyalarla zənginləşdirilmiş bu təlim proqramı, insan resursları sahəsində çalışan dövlət qulluqçularının nəzəri biliklərini praktik bacarıqlarla tamamlayaraq, onların iş mühitində daha səmərəli fəaliyyət göstərmələrinə xidmət edəcək.

Naxçıvan Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu təşəbbüs, dövlət idarəçiliyində müasir insan resursları idarəetmə mexanizmlərinin tətbiqinə və kadr potensialının daha səmərəli formada inkişaf etdirilməsinə mühüm töhfə verməyi hədəfləyir.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
21:18 27.05.2025
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
21:13 27.05.2025
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
21:09 27.05.2025
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
21:03 27.05.2025
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib