Naxçıvan koronavirusdan qurtuldu - yeni yoluxma qeydə alınmadı

SOSİAL
16:12 07.07.2020
4321
Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür.

AZXEBER.COM xəbər verir ki, bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb. 

Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür.

Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 faizi Quba-Xaçmaz zonasında, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan zonasında, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində qeydə alınıb.

Ümumilikdə, əvvəlki rəqəmlərlə müqayisədə yoluxma sayında nisbətən azalma müşahidə edilir. Lakin qrafikdə bu dəfə Naxçıvan Muxtar Respublikasında heç bir yoluxma faktının qeydə alınmadığı göstərilib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet