Naxçıvanda yol qəzası baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı "Niva" markalı avtomobillə "Daewoo Nexia" markalı avtomobil toqquşub.
Xəsarət alanlar - 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.










































