Naxçıvanda qumar oynayan şəxslər saxlanıldı

Naxçıvanda qumar oynayan şəxslər saxlanıldı
SOSİAL
11:08 05.01.2023
146
Naxçıvanda qumar oynayan şəxslər müəyyən ediliblər.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, Şərur Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qumar oyunu oynamaqda şübhəli bilinən Vüqar Ağayev, Vaqif Əhmədov, Nizami Ağayev və Salam Seyidov saxlanılıblar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR