Silahlı Qüvvələrin 2015-ci ilin döyüş hazırlığı planına əsasən bütün birlik və birləşmələrdə istənilən hava, məhdud görmə və relyef şəraitində intensiv döyüş atışlı taktiki təlimləri keçirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi və Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində də zəruri tədbirlər həyata keçirilir.