Naxçıvan Muxtar Respublikasında (MR) yeni kənd təsərrüfatı naziri təyin edilib.
AZXEBER.COM Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədov Əmr imzalayıb.
Əmrə əsasən, Rafael Quliyev Naxçıvanın kənd təsərrüfatı naziri vəzifəsinə təyinat alıb.
R. Quliyev bu təyinata qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.