Martın 5-dən indəyədək Naxçıvandan Türkiyənin İğdır şəhərinə ümumilikdə 34 avtobus reysi həyata keçirilib, 1442 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb.
AZXEBER.COM bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Xatırladaq ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə 7 avtobusla ödənişsiz şəkildə həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.










































