Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat

Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
SOSİAL
21:11 11.05.2021
405
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı, eyni zamanda ölkəmizin gələcək inkişafı, yeni nəqliyyat qovşağına çevrilməsi üçün geniş imkanlar açdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi tarixi Zəfər nəticəsində imzalanan 10 noyabr sazişində ən vacib məqalmardan biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. A.Hüseynov vurğulayıb ki, tarixi Zəfər nəticəsində yeni nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyulacaq:

"Bu dəhlizin açılması Naxçıvanın blokadadan çıxması ilə yanaşı Azərbaycanın yeni nəqliyyat dəhlizinə çevrilməsinə imkan yaradacaq. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında nəqliyyat kommunikasiyalarının bərpa edilməsi regionda yeni mərhələnin başlanmasına zəmin yaradır. Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvan Muxtar Respublikasının postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq”.

Deputatın sözlərinə görə, Muxtar Respublikanın bölgədə bütün ölkələrlə geniş əməkdaşlıq platforması, yaxın iqtisadi əlaqələr üçün etimad mühiti bərqərar olacaq:
"Bu bölgədə hamı üçün faydalı olan geniş və daha çoxşaxəli kommunikasiyaların, layihələrin həyata keçirilməsi üçün açıq qapı yaranacaq. Naxçıvanın zəngin iqtisadi resursları, əlverişli iqlim və təbiəti, geoiqtisadi mövqeyi, faydalı sərvətləri, mineral ehtiyatları dünya ölkələri üçün yeni imkanlar deməkdir.

Nəqliyyat və kommunikasiyaların bərpası, yenisinin inşası Naxçıvana yeni nəfəs verəcək, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq. Bu amil Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Nəticədə Naxçıvan mərkəzi logisgtika qovşağı kimi inkişafını daha da sürətləndirəcək.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan işğalçılıq siyasətinə və ərazi iddialarına son verməklə bu dəhlizin imkanlarından yararlana bilər, tranzit daşınmalarından böyük gəlirlər əldə edə bilər. Bu isə bölgədə sülh və möhkəm sabitlik üçün güclü baza deməkdir. Beləliklə, Azərbaycanın etibarlı siyasi güc mərkəzi kimi regional nəqliyyat-logisitika qovşağında aparıcı rol oyanamaqla mövqelərini daha da gücləndirəcək, iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək