Naxçıvanın Səhiyyə Naziri media nümayəndələri ilə görüşdü - FOTO

Naxçıvanın Səhiyyə Naziri media nümayəndələri ilə görüşdü - FOTO
SOSİAL
10:08 22.11.2023
166

 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi jurnalistlər üçün Naxçıvana media tur təşkil edib.

 

Tur çərçivəsində Naxçıvana 15 jurnalist  səfər edib. Media turun əsas məqsədi jurnalistləri və ictimaiyyəti Naxçıvan səhiyyəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər və gələcək planlarla yaxından tanış etmək olub.

AZXEBER.COM xəbər verir ki, KİV nümayəndələri öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstələri qoyublar. 

Sonra jurnalistlər Samiq Sadıxovla bərabər Ordubad rayon Mərkəzi Xəstəxanası və Ordubad Ailə Sağlamlıq Mərkəzində yaradılan şərait, bu müəssisələrin təchiz olunduğu müasir avadanlıqlar və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün görülən tədbirlər barədə məlumatlandırıb.

Samiq Sadıxov Ordubad rayon Mərkəzi Xəstəxanasında yaxın günlərdə  iki endoprotez əməliyyatının həyata keçiriləcəyini və bu əməliyyatların Ordubad rayon Mərkəzi Xəstəxanasında bir ilk olduğunu vurğulayıb. Əməliyyatları həyata keçirəcək həkim, travmatoloq Elşən Paşayev jurnalistlərlə görüşüb və onların suallarını cavablandırıb. Qeyd edək ki, Ordubad rayon Mərkəzi Xəstəxanasında ilk endoprotez əməliyyatı icra olunacaq xəstə 2023-cü ilin antiterror əməliyyatlarında şəhid olan baş leytenant İbrahim Qasımovunatası Culfa rayon Ərəfsə kənd sakini 1962-ci il təvəllüdlü Malikəjdər Qasımovdur. 

Daha sonra xəstəxananın həyətində "Bir şəhid, bir çinar" aksiyası çərçivəsində şəhidlərin əziz xatirəsinə QR kodlu bağsalma aksiyası baş tutub. Ağacəkməyə Samiq Sadıxov və media turda iştirak edən jurnalistlər də qoşulub. 

Xəstəxanalar üzrə tur başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov mətbuat nümayəndələrini nazirlikdə qəbul edib. O, səhiyyə sahəsində tətbiq olunacaq innovativ həllər, 2024–cü ildə həyata keçiriləcək layihələr və planlar barədə ətraflı məlumat verib. 

Səfərin yekununda jurnalistlər Duzdağ Fizioterapiya Mərkəzində də olublar. Onlar Naxçıvan duz mədəni bazasında yaradılan bu terapiya mərkəzinin astma, allergiya və bronxial xəstəliklərdən əziyyət çəkən şəxslər üçün möcüzəvi təsiri barədə məlumatlandırılıb. Jurnalistlər Mərkəzin beynəlxalq xidmət sertifikatı ilə təmin olunması istiqamətində aparılacaq yenidənqurma işləri və nəzərdə tutulan yeniliklər barədə maraqlanıb.



Aysel Hacızadə 

 

 

 

 

 

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR