Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad edildi

Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad edildi
SOSİAL
14:45 01.12.2025
127
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov dekabrın 1-də vəzifəsindən azad olunub.
 
AZXEBER.COM xəbər verir ki, Naxçıvan Ali Məclisinin bu gün növbəti sessiya iclası keçirilib.

Yığıncaqda Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun vəzifəsindən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

OXŞAR XƏBƏRLƏR