Naxçıvanın sosial-iqtisadi inkişafında YENİ MƏRHƏLƏ - VİDEO

Naxçıvanın sosial-iqtisadi inkişafında YENİ MƏRHƏLƏ - VİDEO
SOSİAL
22:23 07.09.2026
38
Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Naxçıvan üçün yeni güzəştlər tətbiq ediləcək...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı"nda dəyişikliklər edilib.

Proqrama əsasən, Zəngəzur Dəhlizi açıldıqdan sonara Naxçıvanda sahibkarlara dəstək mexanizmi daha da genişləndiriləcək. Muxtar Respublikanın əlverişli coğrafi mövqeyindən istifadə edilərək, regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışı sürətləndiriləcək. Bu çərçivədə, yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaq.

Bir sözlə, dövlət proqramına edilən dəyişikliklər Naxçıvanın inkişafında yeni mərhələnin başlanması deməkdir.

OXŞAR XƏBƏRLƏR