01:22 Bazar Günü, 17 Noyabr 2019
HADİSƏ

Naxçıvanlı iş adamı Moskvada baltalandı: 50 min dollarını apardılar - VİDEO

11:13, 11.10.20195314
Naxçıvanlı iş adamı Moskvada baltalandı: 50 min dollarını apardılar - VİDEO
Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs yerli vətəndaşa hücum edib.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, naməlum şəxslər hücum etdikləri adamın içərisində 50 min dollardan çox pulu olan çantasını aparıblar.

Naməlum şəxslər balta və tapança ilə hücum ediblər və arxadan yaxınlaşaraq, əvvəlcə atəş açıblar. Daha sonra isə balta ilə yaralayıblar.

Cinayətkarların hadisə yerindən "Dodge Caravan" avtomobili ilə uzaqlaşdığı vurğulanıb.

Əldə etdiyimiz məlumata görə, hücum edilən şəxs Naxçıvanın Ordubad rayonundan Mahir adlı iş adamıdır. 30 yaş civarında olan Mahir başından güllə və balta yarası ilə çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda komadadır.

Mahirə tacik əsilli cinayətkar qruplaşmanın hücum etdiyi ehtimalı olsa da, hələ ki, bu versiyanı təsdiqləyən fakt yoxdur.

Polis isə cinayətkarların saxlanılması üçün hərəkətə keçib.

Mahirə hücumun görüntüsü bankın önündəki kameralara düşüb.
 

XƏBƏR LENTİ