Nazarbayev İlham Əliyevə başsağlığı verdi

Nazarbayev İlham Əliyevə başsağlığı verdi
SİYASƏT
18:45 02.03.2018
2592
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.

Məlumatı Qazaxıstan prezidentin mətbuat xidməti yayıb.

"Qardaş Azərbaycan xalqının acısını bölüşürəm. Həm öz, həm də Qazaxıstan xalqı adından Sizə və ölənlərin ailələrinə başsağlığı verirəm, xəsarət alanlara Allahdan şəfa diləyirəm”, - deyə N.Nazarbayevin başsağlığında bildirilib.
OXŞAR XƏBƏRLƏR