Nazarbayevdən təklif: "Qara dənizlə Xəzər arasında kanal tikilsin"

Nazarbayevdən təklif: "Qara dənizlə Xəzər arasında kanal tikilsin"
SİYASƏT
21:10 14.05.2018
9595
Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinə Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Soçidə qurumun iclası zamanı çıxış edib.

Qazaxıstan prezidenti bildirib ki, hər iki dənizi birləşdirəcək "Avrasiya” kanalı perspektivli layihələrdən ola bilər.

Bundan başqa, N.Nazarbayev Rusiya və Qazaxıstan ərazisindən keçəcək "Avrasiya” avtomagistralının tikilməsi təklifi ilə də çıxış edib.
OXŞAR XƏBƏRLƏR