Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Yerbol Nazarbayev Korrupsiyaya qarşı Mübarizə Xidməti orqanından xaric edilib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə bu gün qurumun mətbuat xidməti məlumat yayıb.
"İctimaiyyətdə yayılan video ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Xidməti aşağıdakıları elan edir: 26 yanvar 2022-ci il tarixində Agentliyin sədrinin əmri ilə Nazarbayev Yerbol Agentliyin xüsusi departamentinin rəis müavini vəzifəsindən azad edilib. O, 2022-ci il aprelin 14-də Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin orqanlarından xaric edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, Yerbol Nazarbayev Nursultan Nazarbayevin qardaşı Bolatın oğludur. Bundan əvvəl sosial şəbəkələrdə şüşələri qaraldılmış avtomobildə polis tərəfindən saxlanılan Yerbol Nazarbayevə bənzəyən şəxsin əks olunduğu video yayılıb.