Nazarbayevin qardaşı oğlunun xanımı 12 il müddətinə həbs edilib

DÜNYA
18:21 29.08.2024
181
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının həyat yoldaşı Gülmira Satıbaldı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarı ilə onun əmlakı da müsadirə olunacaq.

G. Satıbaldı hədə-qorxu ilə tələb etmə, özbaşınalıq və qanunsuz olaraq azadlıqdan məhrumetmədə ittiham olunur. Bu cinayət işində adı hallanan Madi Batırşayeva isə 9 il həbs cəzası alıb.

Qeyd edək ki, avqustun 16-da onun həyat yoldaşı Kayrat Satıbaldının barəsində çıxarılmış 6 il həbs cəzası şərti hesab edilib və O, azadlığa buraxılıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR