Şairə Nazilə Səfərli Xəzər TV-də yayımlanan "Hər şey daxil” verilişində el məclislərində başına gələnlərdən danışıb.
AZXEBER.COM xəbər verir ki, Nazilənin xanım tamada olması ona baha başa gəlib: "Bir dəfə toyda bir kişi dedi ki, tamadamız da xanımdır. Kişi yox idi məclisdə. Mən də həmin bəyə dedim ki, hər başına papaq qoyana kişi desəm, kişilər inciyər səxavətimdən. Elə qadınlar var ki, min kişiyə dəyərlər"
Daha sonra Nazilə müğənni Sevda Sanaliyeva da ismarıc göndərib.
"Müğənnilər arasında 99-cu olmaqdansa, rəqqasələr arasında birinci ol. O rəqqasə kimi fəaliyyət göstərsə, alternativi olmaz.”
Qeyd edək ki, Nazilənin Sevdaya rəqqasə deməsi onu qəzəbləndirmişdi.