Nazilə İçərişəhərdə parklanma qiymətindən şikayətləndi

Nazilə İçərişəhərdə parklanma qiymətindən şikayətləndi
MAQAZİN
12:39 29.03.2026
254
Şair Nazilə Səfərli İçərişəhər qoruğunda parklanma üçün ödədiyi məbləği sosial şəbəkədə paylaşıb.

AZXEBER.COM xəbər verir ki, o, avtomobilini həmin ərazidə 7 saat 18 dəqiqə saxladığı üçün 38 manat pul ödədiyini bildirib.

"7 saat 18 dəqiqə İçərişəhərdə olmuşam, parklanma üçün 38 manat yazıb. Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir".

Qeyd edək ki, İçərişəhər qoruğunda parklanma ilk 15 dəqiqə üçün 3 AZN, sonrakı hər saat üçün 5 AZN təşkil edir.
 

OXŞAR XƏBƏRLƏR