Naziləni Kərimin evinə buraxmadılar: 3-4 gün öncə xəbər verməliydin - VİDEO

MAQAZİN
21:56 03.12.2021
3017
Tanınmış şairə Nazilə Səfərli meyxanaçı Kərimi ziyarət etmək istəsə də, onu icazə verilməyib.

AZXEBER.COM xəbər verir ki, bu haqda Nazilə Səfərli özü məlumat verib.

O deyib ki, Kərimin yaşadığı Maştağa kəndinə getsə də, qapını üzünə açan olmayıb: 

"Meyxanaçı Kərimin vəziyyəti son dərəcə ağırdır. Fəqət doğmaları, xüsusən də oğlu Kamil Kərimin ziyarətinə qadağa qoyub. Sənətkarın evinə nəinki yadlar, hətta qohum-qardaşları da gələ bilməz. Belə ağır xəstə xəstəxanada yatmalı deyilmi? Sənətkara kömək lazımdır. Köməyə gələnlərə də qapı açmırlar. Ağamirzə deyir ki, gərək üç, dörd gün əvvəl xəbər verərdiniz onlar da hazır olardı. Əziz qardaşım Ağamirzə mən elçi gəlməmişəm, xəstə ziyarətinə xəbər nə gərək? Allaha and olsun sadəcə baş çəkib və gücüm çatandan dəstək olacaqdım. Nə çəkiliş, nə şəkil? İnsanlar çox qəddar olub.

Bir dəqiqə sonranın sığortası yox ikən 4 günə kimin aqibətinin necə olacagına kim qərar verə bilər ki?…
 
Allah şəfa versin.

Həmin videonu təqdim edirik: 
 
 


OXŞAR XƏBƏRLƏR